waplog

Məşhur Çin şirkətləri vahid sürətli enerjidoldurma standartı yaradırlar


Məşhur Çin brendləri yeni ümumi sürətli enerjidoldurma standartı yaratmaq üçün səyləri birləşdiriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, internetdə “Mobil qurğular üçün universal sürətli enerjidoldurma spesifikasiyası”nın təsvir olunduğu sənəd barədə informasiya dərc olunub. Məlumatda qeyd olunur ki, “Honor”, “Huawei”, “Oppo”, “Vivo” və “Xiaomi” kimi ən böyük smartfon istehsalçıları, eləcə də digər texnoloji şirkətlər və maraqlı tərəflər, o cümlədən “Rockchip” və Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyası unifikasiya edilmiş sürətli enerjidoldurma standartı üzərində iş üçün birləşib.

 

Texnologiyanın hazırlanması zamanı işləmənin yüksək maya dəyəri daxil olmaqla ayrı-ayrılıqda bir sıra problemlər yaranacaq. Buna səbəb kimi şirkətlərin fərdi müştərilər üçün komponentlər istehsal etməsi göstərilir. Bundan başqa, qurğular arasında uyğunluğun olmaması elektron tullantıların azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uzunmüddətli planları ləğv edir.

 

Vahid sürətli enerjidoldurma standartının nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL