waplog

“Samsung” şirkəti “Mutual Transfer Alliance” qrupuna üzv olub


Cənubi Koreya nəhəngi “Samsung” mobil qurğular – smartfon, planşet və s. arasında yeni simsiz lokal məlumat ötürmə standartını inkişaf etdirən “Mutual Transfer Alliance” (MTA) qrupuna qoşulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “MTA” Alyansı iki il əvvəl Çinin “Xiaomi”, “Oppo” və “Vivo” şirkətləri – dünyanın ən böyük smartfon tədarükçüləri tərəfindən yaradılıb. Standart faylların 20 meqabayt/saniyə sürətində mübadilə imkanını nəzərdə tutur.

 

Bir müddət əvvəl “MTA” qrupuna “OnePlus”, “Meizu”, “ZTE”, “Black Shark” və “HiSense” kimi şirkətlər, eləcə də “Republic of Gamers” (ROG) oyun brendi ilə “ASUS” qoşulub. Bu dəfə isə alyansa “Samsung” şirkəti üzv olub.

 

Qeyd edək ki, “Samsung” şirkəti hazırda “Quick Share” adlı simsiz məlumat ötürmə funksiyasına malikdir. Yaxın gələcəkdə şirkətin mobil qurğularının “MTA” texnologiyasının dəstəyi ilə təchiz ediləcəyi gözlənilir.

 

Cənubi Koreya istehsalçısının “MTA” Alyansına daxil olması bu sistemin tezliklə populyarlıq qazanacağından xəbər verir. “Samsung” şirkətinin əksər regionlarda ən böyük smartfon tədarükçüsü olması “MTA” texnologiyasının populyarlığının artmasına xidmət edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL