waplog

Rusiyada hərbçilər üçün smartfonlar yaradılacaq


Rusiya Müdafiə Nazirliyi hərbi qulluqçular və onların ailə üzvləri üçün yerli istehsal olan smartfonlar və xüsusi mobil proqramlar yaradacaq. Bu barədə nazirliyin informasiya sistemləri departamentinin rəis müavini general-mayor Aleksandr Osadçuk bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, qurğular müxtəlif rejimlərdə, o cümlədən təhlükəsiz rabitəni təmin etməyə imkan verən rejimlərdə işləyəcək.

 

Hərbçilər üçün telefon modeli elm mərkəzi olan “Era” hərbi innovativ texnopolisi əsasında hazırlanacaq. Burada, həmçinin hərbçilərin gündəlik fəaliyyəti üçün rəqəmsal ekosistemin yaradılması üzrə işlər həyata keçirilir.

 

2020-ci ilin mayında Rusiya hərbi qulluqçularına sosial şəbəkələr və KİV-də öz xidmətləri barədə məlumatlar paylaşmaq qadağan edilib. Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə dəyişikliklər edilib. Sənədə görə, hərbi qulluqçulara Rusiya Federasiyası Silahlı Qüvvələrinə, digər qoşunlara, hərbi birləşmələrə və orqanlara mənsubiyyəti və ya təyinatı müəyyənləşdirməyə imkan verən informasiyanı yaymaq qadağan olunub. Həmçinin xidmətdən tərxis edilmiş digər hərbi qulluqçular və vətəndaşlar, onların ailə üzvləri və ya valideynləri haqqında məlumatların, o cümlədən müəyyən müddətdə bu şəxslərin yerini müəyyənləşdirməyə imkan verən məlumatların dərc edilməsi qadağandır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL