waplog

“Google” servisli ilk “Honor” smartfonları təqdim edilib


"Google" servislərinin "Honor" smartfonlarına quraşdırılması rəsmən bərpa olunub. Bu barədə "The Verge" nəşri məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, "GMS" adlı paketin bərpası üç qurğunun daxil olduğu "Honor 50" seriyalı smartfonların təqdimatında baş tutub. "Honor 50" modelinin əsas versiyası 120 giqahers tezlikli və 2340х1080 pikselli 6,57 düymlük "OLED" ekranla təchiz edilib. Qurğu "5G" dəstəkli "Snapdragon 778G" prosessoruna, 8 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaş, 108, 8, 2 və 2 meqapikselli 4 obyektivli əsas kamera, 32 meqapikselli ön kamera, 4300 milliamper/saat tutumlu akkumulyatora malikdir.

 

Seriyanın qabaqcıl modeli – "Honor 50 Pro" 6,72 düymlük ekran, 32 və 12 meqapiksel obyektivli ön qoşa kamera, 4 min milliamper/saat tutumlu akkumulyatorun mövcudluğu ilə fərqlənir. Həmçinin tədbir zamanı "Honor" 6,78 düymlük "IPS" displey, "5G" dəstəkli "Dimensity 900" çipi, 8 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaş, 108, 8 və 2 meqapiksel modullu üçqat kamera, 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən kompromis versiyalı "50 SE" qurğusunu nümayiş etdirib. Təqdim edilən smartfonlar "Google" servisi dəstəyi ilə təchiz edilən ilk "Honor" qurğularıdır.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, istehlakçılar "GMS" paketi ilə təchiz edilən smartfon və planşetləri sınaqdan keçirə biləcəklər. Qeyd olunur ki, "Honor 50" seriyalı qurğular iyunun 25-dən etibarən Çində, daha sonra Fransa, Malayziya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı və Böyük Britaniya bazarında satışa çıxarılacaq.

 

"Huawei" şirkətinin tərkibinə daxil olan "Honor" 2019-cu ilin mayında "Google" servislərindən istifadədən məhrum olub. 2021-ci ilin mayında məlum olub ki, "Honor" öz smartfonlarına ABŞ şirkətinin proqramlar paketinin quraşdırılması barədə razılıq əldə edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL