waplog

Yeni “Windows 11” versiyası açıqlanıb


“Microsoft” korporasiyaı “Windows 11” əməliyyat sistemindən başqa onun sadələşdirilmiş versiyasını təqdim edəcək. Bu barədə “XDA Developers” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Microsoft” əməliyyat sisteminin “11 SE” adlı versiyası mütəxəssislərin əlinə keçib. Bu, əməliyyat sisteminin istifadəçilərin imkanlarını xeyli məhdudlaşdıran sadələşdirilmiş versiyasıdır. Jurnalistlər tərəfindən əməliyyat sistemi təhlükəsizlik baxımından yalnız “Microsoft” mağazasında mövcud olan proqramları dəstəkləyən “Windows 10 Cloud Edition” sisteminin əvəzləyicisi adlandırılır.

 

Bununla yanaşı, əməliyyat sisteminin blogerlər tərəfindən açıqlanan versiyası hazırkı mərhələdə “Microsoft” proqramlarını açmır – bu çatışmazlığın təqdimata yaxın aradan qaldırılacağı gözlənilir. Bundan başqa, “Windows 11 SE” sistemində istifadəçi interfeysi vasitəsilə 1-dən çox lokal hesabı quraşdırmaq mümkün olmasa da, bunu komanda sətri ilə etmək olar.

 

“Windows 11 SE” sistemi təşkilatlar və təhsil müəssisələri tərəfindən istifadə edilə bilər. Əməliyyat sisteminin imkanlarının məhdudlaşdırılmasının mümkün səbəblərindən biri kimi onun təşkilatlar üçün nəzərdə tutulmaqla əməkdaşlar iş üçün lazım olan konkret proqramlarla məhdudlaşdırılması göstərilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL