waplog

“Windows 7” əməliyyat sisteminə drayver göndərilməsi dayandırılıb


Köhnəlmiş “Windows 7” əməliyyat sisteminə artıq “Microsoft”dan drayver göndərilməyəcək. Bu barədə şirkətin dəstək saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, istifadəçilər üçün məlumatda bildirilib ki, “Microsoft” korporasiyası “Windows” Yeniləmə Mərkəzində “Windows 7” sistemi üçün drayverlərin göndərilməsini dayandırır. Məhdudiyyət “Service Pack 1”, “Windows Server 2008” və “Windows Server 2008 R2” versiyalarına aiddir.

 

Drayverlərin müddətini uzatmağın yeganə yolu “Windows 7” sisteminin korporativ lisenziyasını almaqdır. Məlumata görə, genişləndirilmiş təhlükəsizlik yeniləmələri proqramına daxil edilmiş kompüterlər 2023-cü ilin yanvarınadək yeniləmələr almağa davam edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL