waplog

Dünyada pandemiya şəraitində “DDoS” hücumlarının sayı artıb


2020-ci ildə dünyada “DDoS” hücumlarının sayı 2019-cu illə müqayisədə 341 faiz artıb. Bu barədə belə kiberhücumlarla mübarizə texnologiyalarında ixtisaslaşan “Nexusguard” şirkətinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “DdoS” hücumlarında əhəmiyyətli artım insanların internetdən daha çox istifadə etməyə və onlayn oyunlar oynamağa başladığı “COVID-19” koronavirus pandemiyası şəraiti nəticəsində baş verib. Pul əldə etmək məqsədilə hücumları (RDDoS) daha çox praktikadan keçirən cinayətkarlar da məhz bundan istifadə ediblər.

 

Fırıldaqçılar adətən öz tələblərini irəli sürməzdən əvvəl kiçik hücumlar təşkil edirlər. O, orta hesabla 1 saata yaxın davam edir və cinayətkarların imkanlarının nümayişinə xidmət edir. Bunun ardınca sayt sahibinə gələcəkdə miqyaslı hücumun qarşısını almaq üçün pul ödənilməsi tələbini bildirən məktub göndərilir. Bəzən belə təhdidlər tam yalan olur, lakin onların bəziləri saytın fəaliyyətini bir neçə həftəlik dayandıra bilər.

 

Kriptovalyutaların artan populyarlığı pul əldə etmək məqsədilə hücumların yayılması problemini gücləndirir. 2021-ci ildə belə hücumların sayının 30 faiz artacağı gözlənilir. Həmçinin ekspertlər tərəfindən kiçik “DDoS” hücumlarına (10 Qbit/saniyə sürətinədək) keçid tendensiyası qeyd olunur – ümumi sayın təxminən 99 faizi onların payına düşəcək. “Nexusguard” nümayəndələrinin sözlərinə görə, səmərəsiz hücumların populyarlığı onların aşkarlanmasının mürəkkəb olması və böyük hücumlarla müqayisədə daha ucuz başa gəlməsi ilə əlaqədardır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL