waplog

“Samsung Galaxy Chromebook Go” noutbuku 14 düymlük ekran və “LTE” modulu ilə təchiz edilib


“Samsung” şirkətinin saytında “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni portativ kompüterin – “Intel Jasper Lake” aparat platforması üzərində qurulan “Galaxy Chromebook Go” noutbukunun təsvirləri dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğu 1366 × 768 pikselli “HD” formatlı 14 düym diaqonallı ekran, hər biri 1,5 vatt gücündə stereofonik dinamiklər və 720p formatlı veb-kamera ilə təchiz edilib.

 

Noutbukun əsasını çoxaxınlığı (multireading) dəstəkləməyən iki nüvənin daxil olduğu “Intel Celeron N4500” prosessoru təşkil edir. Əsas takt tezliyi 1,1 giqahers, maksimal 2,8 giqahers təşkil edir. Həmçinin inteqrasiya edilmiş “Intel UHD Graphics” kontrolleri mövcuddur.

 

Alıcılar noutbukun 4 və 8 giqabaytlıq “LPDDR4X” operativ yaddaş versiyaları arasında seçim edə bilərlər. “eMMC” quraşdırılmış yaddaş tutumu 32, 64 və 128 giqabayt təşkil edir.

 

Simsiz rabitə imkanlarına görə “Wi-Fi 6” (802.11ax 2x2) və “Bluetooth 5.1” adapterləri cavabdehlik daşıyır. Bundan başqa, portativ kompüter mobil şəbəkələrə qoşulmaq üçün “4G/LTE” modulu ilə təchiz edilib.

 

İki “USB Type-C” portu, “USB 3.2” çıxışı, standart audioçıxış və “microSD” çıxışı nəzərdə tutulub. Qabaritlər 327,1 × 225,6 × 15,9 millimetr, çəki 1,45 kiloqram təşkil edir. Bundan əlavə, 42,3 vatt-saat tutumlu akkumulyator batareyasından istifadə edilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL