waplog

“Android” smartfonlarında problemlər yaranıb


“Android” smartfonlarının istifadəçiləri əməliyyat sisteminin fəaliyyətində fasilələrlə rastlaşıblar. Bu barədə “Downdetector” saytı məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, yaranmış problemlər barədə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya və İtaliya sakinləri məlumat veriblər. Smartfonlarda fasiləsiz olaraq “Google əlavəsində yenidən nasazlıq yaranıb” bildirişi görünür ki, bu da qurğudan istifadəni qeyri-mümkün edir.

 

Nasazlıqlar “Android” əməliyyat sisteminin tərkib hissəsi olan “Google” servislərinin işinin pozulması ilə paralel qeydə alınıb. Əksər istifadəçilər hesaba daxil olmaq imkanından məhrum olub, eləcə də axtarış servisləri ilə bağlı problemlər müşahidə edilib.

 

“Google” şirkəti nasazlıqların səbəbini hələ ki açıqlamayıb. Bu ilin yazında “Android” smartfonlarının sahibləri analoji problemlə üzləşib. O vaxt problem bir neçə saat ərzində aradan qaldırılıb. Nasazlıqlara şəbəkə komponentlərindən istifadə edən bir çox proqramların əsaslandığı “Android System WebView” servisinin işində yaranan fasilələr səbəb olub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL