waplog

“Ağıllı” xalça kamerasız insanları izləməyə imkan verir


Massaçusets Texnologiya İnstitutu yanında Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının (CSAIL) mütəxəssisləri məxfiliyi pozan kameraların köməyi olmadan insanları izləmək üçün xalçalardan istifadə üsulu hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, süni intellekt əsasında “Magic Carpet” adlı “ağıllı” xalça tibbi mütəxəssislər tərəfindən məsafədən nəzarət edilməli insanlara tibbi xidmətlərin daha təhlükəsiz və məxfi şəkildə göstərilməsi üçün istifadə edilə bilər.

 

Neyron şəbəkə insanın çömbəlmə, uzanma və ya digər fiziki hərəkətlər edib-etmədiyini müəyyənləşdirmək üçün xalça üzərindəki sensorlardan istifadə edir. “Magic Carpet” xalçasının sahəsi 36 kvadrat fut (təxminən 3,3 kvadratmetr) təşkil edir və 9 mindən çox təzyiq sensorundan ibarət inteqrasiya olunmuş toxunulmaqla duyulan sensor matrisasını özündə birləşdirir. Qurğuya, həmçinin insanların xalça ilə təmasını real vaxt rejimində qeyd etməyə imkan verən oxuma sxemləri daxildir.

 

Laboratoriyanın məlumatına görə, xalça üzərindəki sensorlar insanın pəncəsi, əl-ayaqları, bədəni və xalça arasında fiziki kontakt vasitəsilə insanın təzyiqini elektrik siqnalına çevirir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL