waplog

Yeni qurğu noutbuklara enerjini simsiz dolduracaq


Çinin “Lenovo” şirkəti müxtəlif model noutbukları simsiz enerjidoldurma funksiyası ilə təchiz etməyə imkan verən “Go Wireless Charging Kit” adlı qurğu nümayiş etdirib. Bu halda smartfonlarda olduğu kimi “Qi” standartından deyil, digər texnologiyadan istifadə edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Energy Square” şirkəti tərəfindən hazırlanan yeni texnologiya “Power by Contact” adlanır. Noutbuklar üçün “Lenovo” simsiz enerjidoldurma dəsti 3,2 mm qalınlığında metal enerjidoldurma panelindən və uzun simsiz qəbuledicidən ibarətdir. Panel rozetkaya qoşularaq masa üzərində yerləşir, qəbuledici isə noutbukun altına bərkidilir və “USB-C” çıxışı vasitəsilə enerjidoldurma portuna qoşulur.

 

“Lenovo” nümayəndələrinin sözlərinə görə, qurğu “Windows” əməliyyat sistemli 13 və 14 düymlük və ya sensor ekran və 65 vatt həddində istilik paketinə malik prosessorlarla təchiz edilməyən “macOS” sistemli əksər noutbuklarla uyğunluq təşkil edir. Belə simsiz enerjidoldurmanın səmərəliliyi 93 faizə bərabərdir.

 

Oktyabrda satışa çıxarılacaq “Go Wireless Charging Kit” qurğusunun qiyməti 140 dollar olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL