waplog

“Samsung Galaxy S22” seriyalı smartfonlar yeni kameralarla təchiz ediləcək


“Samsung” şirkəti “Galaxy S22” seriyalı gələcək qabaqcıl smartfonları 50 meqapikselli yeni kameralarla təchiz edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, məlum olduğu kimi, “Galaxy S21” və “Galaxy S20” seriyalarında 12 12 64 meqapikselli eyni kameralardan istifadə olunub. Lakin “FrontTron” təxəllüslü blogerin sözlərinə görə, növbəti ildə qabaqcıl modellərin təkmilləşdirilməsi nəzərdə tutulur.

 

Məlumata görə, bütün “Samsung Galaxy S22” modelləri 50 meqapikselli əsas kamera, üçqat optik zumlu 12 meqapikselli teleobyektiv və 12 meqapikselli enlibucaqlı sensorla təchiz ediləcək. Həmçinin 1/1,12 düym sensorlu yeni böyük kamera “8K” təsvir ölçüsündə videolar və 100 meqapikselli rejimdə fotoşəkillər çəkəcək.

 

Bundan başqa, bloger tərəfindən “Galaxy S22” seriyasının kodlu adları açıqlanıb: “Rainbow R” (S22), “Rainbow G” (S22 Plus) və “Rainbow B” (S22 Ultra).

 

“Samsung” şirkətinin “Galaxy S22” seriyasını 2022-ci ilin əvvəlində təqdim edəcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL