waplog

“Internet Explorer” brauzeri “Windows” sistemindən ləğv edilib


“Windows 11” ABŞ-ın “Microsoft” korporasiyasının “Internet Explorer” brauzeri ilə təchiz edilməyəcək ilk əməliyyat sistemi olacaq. Bu barədə “The Verge” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlərlə söhbətdə “Microsoft” nümayəndələri əvvəllər populyar olan brauzerin “Windows” əməliyyat sistemindən birdəfəlik ləğv edilməsini təsdiqləyiblər. Onların sözlərinə görə, veb-səhifələrə baxmaq üçün proqram yeni əməliyyat sistemindən ləğv olunub. Onu “Microsoft” mağazasından quraşdırmaq mümkün deyil. Masaüstü “Internet Explorer 11” proqramları “Windows 11” sistemində mövcud olmayacaq. “Microsoft Edge” yeni “Windows” üçün avtomatik brauzerdir”, – şirkət nümayəndələri bildirib.

 

Jurnalistlərin sözlərinə görə, onlar korporasiyanın brauzerdən tədricən imtina edəcəyini gözləsələr də, “Windows 11” istifadəçiləri tərəfindən köhnəlmiş proqramın sərbəst quraşdırıla biləcəyindən şübhələniblər. Mayda “Microsoft” nümayəndələri bəyan ediblər ki, şirkət 25 aprel 2022-ci ildə “Internet Explorer” brauzerini tam ləğv edərək onun dəstəyindən imtina edəcək.

 

Nəşrin materialında qeyd olunur ki, bu, “Microsoft” korporasiyasının son 20 ildə “Internet Explorer” brauzerini aktual “Windows” versiyası ilə nümayiş etdirmədiyi ilk hadisədir.

 

Qeyd edək ki, “Microsoft” yeni nəsil əməliyyat sistemini iyunun 24-də təqdim edib. “Windows 11” əməliyyat sisteminin dizaynı, “Start” menyusu, interfeys elementləri, kompüterdə oyunlar üçün quraşdırmalar yenilənib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL