waplog

“Galaxy Watch” saatı üçün yeni əməliyyat sistemi təqdim olunub


“Samsung” şirkəti Barselonada keçirilən “MWC 2021” sərgisi çərçivəsində “One UI Watch” adlı yeni “ağıllı” saat interfeysini rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, proqram təminatı Cənubi Koreya istehsalçısının ABŞ-ın “Google” şirkəti ilə birgə hazırladığı yeni “Wear OS” platformasında işləyəcək.

 

Şirkətin məlumatına görə, “One UI Watch” yeni unifikasiya edilmiş platforma ilə birlikdə “Galaxy Watch” saatı ilə tam yeni iş təcrübəsi yaradacaq.

 

Bundan sonra uyğunluq təşkil edən proqramlar smartfonlara yüklənildiyi halda saata avtomatik quraşdırılacaq. Bundan başqa, telefonun bütün quraşdırmaları real vaxt rejimində “Galaxy Watch” saatına sinxronizə ediləcək.

 

“One UI Watch” proqram təminatının “Tizen” əməliyyat sistemindən əsas fərqi böyük “Google Play Store” əlavələr mağazası olacaq.

 

“Samsung” və “Google” nümayəndələrinin sözlərinə görə, tərtibatçılara siferblatların yaradılması üçün yeni alət təqdim ediləcək.

 

“Samsung” şirkətinin yeni əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk “ağıllı” saatların avqustda “Galaxy Z Fold3” və “Galaxy Z Flip3” qatlanan smartfonları ilə birlikdə buraxılacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL