“Xiaomi” rekord 200 meqapikselli fotosensorlara malik smartfonlar buraxan dünyanın ilk şirkəti olmaq niyyətindədir. Bu barədə internet mənbələrinə istinadən “MyDrivers” portalı məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, gələcək qabaqcıl “Xiaomi Mi 12” smartfonu 200 meqapikselli əsas kamera ilə təchiz ediləcək. Söhbət Cənubi Koreyanın texnoloji nəhənginin bu ilin yazında nümayiş etdirdiyi “Samsung ISOCELL” görüntü sensorundan gedir.
Matrisası rekord təsvir ölçülü sensor 16 qonşu pikseli birində birləşdirən “Pixel Binning” texnologiyasını dəstəkləyəcək. Başqa sözlə, standart iş rejimində belə kamera 12 meqapikselli şəkillər təqdim edir.
Həmçinin “Xiaomi Mi 12” smartfonu perspektiv “Snapdragon 895” prosessoru, 120 giqaherslik “OLED” ekran və 120 vatt gücündə sürətli simli enerjidoldurma ilə təchiz ediləcək. Smartfonun nümayişi ilin sonuna planlaşdırılır.
Nizam Nuriyev