waplog

“Windows 11” sistemi smartfona quraşdırılıb


Proqram tərtibatçısı Qustav Monse “Windows 11” əməliyyat sistemini smartfona quraşdırmağa nail olub. Bu barədə onun “Twitter” hesabında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, proqram tərtibatçısı yeni nəsil əməliyyat sistemini “Microsoft” korporasiyasının istehsalı olan köhnəlmiş “Lumia 950 XL” smartfonuna quraşdırıb. Mütəxəssisin sözlərinə görə, əməliyyat sistemi uzaq masaüstü protokolundan (RDP) istifadə etmədən işləyir, lakin “ARMv8.0” arxitekturası belə qurğudan istifadəni məhdudlaşdırır.

 

Qurğunun fotoşəkillərinə görə, əməliyyat sisteminin dizaynı qurğunun qabaritlərinə və ekranına uyğunlaşdırılıb. Q.Monse, həmçinin iki SİM karta malik telefonun quraşdırmalarının ekran görüntülərini (screenshot) nümayiş etdirib. Beləliklə, quraşdırılmış “Windows 11” qurğunun əsas funksiyalarından (məsələn, zəng etmək) istifadəyə imkan verir.

 

Əvvəllər “Microsoft” korporasiyasına məxsus əməliyyat sistemi smartfonlara da quraşdırılırdı. “Windows 10 Mobile” əməliyyat sisteminin sonuncu versiyasının dəstəklənməsi 10 dekabr 2019-cu ildə başa çatıb. “Lumia 950 XL” smartfonu 2015-ci ilin noyabrında təqdim edilib.

 

“Windows 11” sistemi iyunun 24-də nümayiş olunub. Yeni nəsil əməliyyat sistemi uyğunluq təşkil edən fərdi kompüterlər – stasionar kompüter, noutbuk və hibrid qurğular üçün buraxılıb. “Microsoft” korporasiyası “Windows 10” istifadəçilərini oktyabrdan etibarən sistem yeniləməsi ilə təmin etməyə başlayacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL