"İntellektual şəhər"
"İntellektual şəhər" şirkəti KATV1 kabel televiziya operatoru ilə İçərişəhər sakinlərinin rəqəmsal televiziya yayımına qoşulmasını daha da asanlaşdırmaq üçün həyata keçirdiyi "Yeni il" aksiyası başa çatır.
Xatırladaq ki, aksiya çərçivəsində İçərişəhər və bu əraziyə bitişik küçələrin sakinləri "İntellektual şəhər" şirkəti vasitəsi ilə KATV1 kabel televiziya operatorunun rəqəmsal yayımına qoşularaq, pulsuz resiver əldə edib, 82 kanaldan ibarət baza paketini 1 ay abunə haqqı ödəmədən izləyə bilərlər. “Yeni il” aksiyası iki gündən sonra başa çatır.
Qeyd edək ki, "İntellektual şəhər" şirkəti KATV1 kabel televiziya operatoru ilə birgə 2011-ci ilin martından İçərişəhər və ona bitişik küçələrdə əhaliyə kabel televiziya xidməti göstərir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL