waplog

Yeni nəsil mobil yaddaş modulları


Yaponiyanın “Elpida” şirkəti “Wide IO Mobile RAM” və “LPDDR3” yaddaşının nümunə tədarüklərinə başlayıb.“Wide IO Mobile RAM” məmulatları 30 nanometr texnoloji proses üzrə istehsal edilir.

Onların “DDR2 Mobile RAM” (LPDDR2) modulları ilə müqayisədə 4 dəfə daha yüksək ötürmə sürəti (12.8 Qb/s ) təmin etdiyi iddia edilir.

30 nanometrlik “LPDDR3” modulları verilənlərin 6,4 Qb/s-a qədər ötürülmə sürətini təmin edir. Bu isə “LPDDR2” yaddaş modulu ilə müqayisədə 2 dəfə çoxdur.

Yeni nəsil yaddaş modullarının planşet kompyuterləri, smartfonlar və digər portativ qurğularda tətbiq ediləcəyi gözlənilir.“Wide IO Mobile RAM” və “LPDDR3” mikrosxemlərinin kütləvi istehsalı 2012-ci ilə nəzərdə tutulub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL