waplog

“Apple” şirkəti portativ qurğular üçün üzlərin tanınması sistemini patentləşdirib


ABŞ Patent və ticarət markaları idarəsinin (USPTO) saytında “Apple” şirkəti tərəfindən verilmiş növbəti patent ərizəsi aşkar olunub.

Söhbət kamera ilə təchiz edilmiş portativ qurğular üçün üzlərin tanınması sistemindən gedir. Güman edilir ki, qurğular istifadəçilərin olub-olmamasından asılı olaraq, displeyi söndürə və ya yandıra biləcəklər.

Bundan əlavə, sistem şəxsi üzə görə müəyyən etməyə imkan verəcək.
Patent ərizəsi 2010-cu ilin iyun ayında verilib. Sistemin gələcəkdə  noutbuk, planşet kompyuterləri və smartfonlarda tətbiq ediləcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemində artıq oxşar funksiya reallaşdırılıb: “Face Unlock” aləti ön kameraya  gülümsədikdə smartfon və ya planşeti blokdan çıxarmağa imkan verir. Beləliklə, “Apple” şirkəti patenti almaqla smartfon istehsalçılarına qarşı yeni məhkəmə iddiaları verə biləcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL