ABŞ-da hazırlanmış robot küçələri gəzərək yoldan keçənlərdən müsahibə götürür və onları videoya çəkir. "Boxie" adlı robot Massaçusets Texniki İnstitutunun (MIT) "Media Lab" qrupunun əməkdaşı Aleksandr Reben tərəfindən hazırlanıb.
"Boxie" robotu tamamilə təhlükəsizdir. Robotun ölçüsü kiçikdir, korpusu kartondandır. "Boxie" robotu küçədə ultrasəs vasitəsi ilə maneələrdən keçərək hərəkət edir, həmsöhbətlərini isə istilik (böyük it onu çaşdıra bilər) tənzimçisinin sayəsində tapır.
Robot həmsöhbətini tapan kimi uşaq səsi ilə ona suallarını verməyə başlayır. Müəyyən müddətdən sonra robot qarşısındakından onu azca qaldırmağı və ətrafda nələr baş verdiyini göstərməyi xahiş edir.
Bir gün ərzində robot təxminən 6 saatlıq video çəkə bilər. Məhdudiyyət əsasən yaddaş tutumuna görədir. Maşın yaxındakı "Wi-Fi" hot-spotuna qoşularaq daima tərtibatçılar komandasına öz vəziyyəti haqqında məlumat verir.
Lakin onu "GPS"-tənzimçi ilə təchiz etmədiklərinə görə mühəndislər günün sonunda "Boxie" robotunu axtarmalı olurlar.