“iPhone 4S” smartfonları daha 22 ölkəyə tədarük olunacaq
"Apple" şirkəti "iPhone 4S" smartfonunun daha 22 ölkəyə tədarük ediləcəyini rəsmən elan edib. Amerikalılar üçün ən əhəmiyyətli bazarlardan biri Çindir, "Apple" məhsullarına orada həmişə tələbat var. ÇXR-də (Çin Xalq Respublikası) artıq yanvar ayının 13-dən etibarən smartfonu almaq mümkündür.
Həmin gün "iPhone 4S" smartfonunu bir çox ölkələrdə almaq mümkün olacaq. Həmin ölkələr Angilya, Antiqua və Barbuda, Boliviya, Botsvana, Britaniya Virciniya adaları, Kamerun, Kaymanov adaları, Mərkəzi Afrika Respublikası, Dominik, Dominikan Respublikası, Ekvador, Qrenada, Quam, Qvineya, Kot-d'İvuar, Keniya, Madaqaskar, Mavrikiy, Mali, Niger, Seneqal, Sent-Vinsent və Qrenadini, Trinidad və Tobaqo, Terks və Kaykos, Uqanda və Yamaykadır. Beləliklə, yanvar ayının ortalarından etibarən smartfonu 90-dan çox dövlətdə almaq mümkün olacaq.
Məlumat üçün bildirək ki, yanvarın 24-də "Apple" korporasiyası ötən rübün maliyyə nəticələri haqqında hesabat verəcək. Analitiklər "Apple" şirkətinin smartfonların rekord satışları haqqında məlumat verəcəyini gözləyirlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL