Barak Obama şəkillərini şəxsi hesabı vasitəsi ilə yayacaq
Amerika prezidenti Barak Obama şəkillərlə mübadilə üçün nəzərdə tutulmuş “İnstagram” xidmətində hesab açıb. Artıq Barak Obamanın 11 mindən çox abunəçisi var. “İnstagram” nümayəndələrinin sözlərinə əsasən, son zamanlar xidmətdə tanınmış siyasətçilər qeydiyyat olur.
Hal-hazırda Barak Obamanın hesabında tədbirlərin birindən 2 foto var. Materialların nəşri ilə xüsusi komanda məşğul olur. Həmin komanda, həmçinin Amerika prezidentinin qeydiyyat olduğu digər sosial xidmətləri də izləyir.
"Biz prezident Barak Obamanı “İnstagram” xidmətində salamlamağa şadıq! Biz onun “İnstagram” xidmətindən istifadə etdiyini anı səbirsizliklə gözləyirik ki, insanlara Amerika prezidentinin gündəlik həyatının necə keçdiyini göstərək" - internet-xidmətin rəsmi bloqunda bildirilib.
Barak Obama və Ağ Ev administrasiyası artıq “Google+”, “Foursquare”, “Facebook” və “Twitter” kimi məşhur xidmətlərdə hesab açıblar. Lakin “İnstagram” ilk tamamilə mobil xidmətdir. Qeyd edək ki, Amerika prezidentinin rəsmi telefonu “BlackBerry”-dir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL