“Samsung” hesabat verib
Asiyanın ən böyük elektronika istehsalçısı “Samsung Electronics” bu gün cari maliyyə ilinin ikinci maliyyə rübündə şirkətin maliyyə fəaliyyəti haqqında hesabat dərc edib.
Şirkət bildirib ki, “Galaxy ailəsi”nin planşet və smartfonlarının yüksək satışı fonunda, həmçinin sərt disk bölməsinin satışları sayəsində yüksək göstəricilərə nail olunub.
2011-ci ilin oktyabr-dekabr ayları ərzində şirkətin əməliyyat gəliri 5,2 trilyon Koreya vonu (4,5 milyard dollar) təşkil edib. Qeyd edək ki, keçən il bu göstərici 3,01 trilyon von olmuşdu.
Analitiklər “Samsung” şirkətindən 4,6 trilyon von səviyyəsində əməliyyat gəliri gözləyirdilər. “Samsung” şirkətinin satışları 1 il ərzində 12% artaraq 47 trilyon von təşkil edib.
“Samsung” şirkətinin mobil bölməsinin satışları keçən il 300 milyon təşkil edib. Bu göstərici isə “Samsung Mobile” bölməsi üçün mütləq rekorddur. Koreya şirkəti, həmçinin “Seagate Technology” şirkətinin disk biznesinin satışı hesabına əlavə gəlir əldə edib.
Müstəqil Koreya analitiklərinin hesablamalarına əsasən, şirkətin mobil bölməsinin əməliyyat gəliri 1 il ərzində 81% artaraq 2,6 trilyon von, bu istiqamətdə olan satışlar isə 36% artaraq 16,45 trilyon von təşkil edib.
Qeyd edək ki, “Strategy Analytics” statistikasına əsasən, “Samsung” şirkəti üçüncü rübdə 27,8 milyon smartfon sataraq öz əsas rəqibi “Apple” korporasiyasını smartfon satışlarına görə ötə bilib.
Daha bir strateji əhəmiyyətli biznes olan yarımkeçiricilərin istehsalına gəlincə, analitiklərin hesablamalarına əsasən, bu sahədə mədaxil 11% azalaraq 1,6 trilyon von təşkil edib. Halbuki satışlar 9,65 trilyon von olub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL