waplog

“5G”-li “Wi-Fi” çipləri


Qarşıdakı “Consumer Electronics Show” sərgisində verilənlərin simsiz ötürülməsinin yeni sürət texnologiyasının təqdimatı olacaq. Yeni texnologiya müasir “Wi-Fi” şəbəkələrindən ən azı 3 dəfə daha sürətlidir.

Dünyada telekommunikasiya çiplərinin ən böyük istehsalçılarından biri olan   “Broadcom” şirkəti “İEEE 802.11ac” simsiz standartında işləyən çiplərin ilk  kütləvi dəstini təqdim edəcək.

“Broadcom” şirkətində yeni qurğunu “5G Wi Fi” adlandırırlar. O, təcrübədə informasiyanın 1,3 Qbit/san sürətlə qəbul edilməsini təmin edir.

Standart verilənlərin sinxron (eyni anda) ötürülməsi üçün eyni anda 3 radio kanaldan  istifadəni nəzərdə tutur. Hər radio kanal təxminən 350 Mbit/san təmin edir, bu isə indiki “802.11n” standartının göstəricilərini ötür.

Bugünkü gündə “802.11ac” simsiz texnologiyasının spesifikasiyası hələ ki hazırlama mərhələsindədir, buna baxmayaraq, bu texnologiya əsasında olan ilk məhsullar 2012-ci ilin sonuna bazara çıxarılmalıdır.

“Broadcom” şirkəti bildirir ki, “802.11ac” spesifikasiyasının ilk çipləri fərdi kompyuterlərdə, routerlərdə, televizorlarda və digər stasionar qurğularda iş üçün nəzərdə tutulacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL