waplog

Daha möhkəm smartfonlar istehsal olunacaq


Gələn həftə “Corning” şirkəti, demək olar ki, bütün smartfonlarda ekranların müdafiəsi üçün tətbiq edilən davamlı şüşənin ikinci nəslini təqdim edəcək.

Bu barədə  “SlashGear” yazıb. Şüşənin yeni formulu haqqında təfərrüatlar bildirilmir, yalnız məlumdur ki, “Gorilla Glass 2” şüşəsi müxtəlif form-faktora malik  qurğularda tətbiq edilə biləcək.

Digər təfərrüatlar haqqında “CES 2012” sərgisində məlumat veriləcək.Zərbələrə davamlı olan şüşə hələ 1962-ci ildə hazırlanıb, lakin yalnız 2008-ci ildə ticarət üçün geniş tətbiq edilib. O, adi natrium-əhəngli şüşədən 3 dəfə daha möhkəmdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL