Əfsanəvi alim: " Bizim intellektimizdən fərqli olaraq kompüterlərin yaddaşı hər 18 aydan bir yenilənir "
2012-ci ilin yanvarın 8-də dünyanın ən tanınmış fiziklərindən olan, Kembric universitetinin professoru, əfsanəvi alim Stiven Hokinqin 70 yaşı tamam olacaq.
Stiven Hokinq jurnalistlərdən uzaq gəzməsi və müsahibə verməkdən çəkinməsi ilə yadda qalsa da Rusiyanın “Komsomolskaya Pravda” qəzeti alim haqqında maraqlı məlumatlar yayıb. Stiven Hokinqin texniki köməkçisi Sem Blekbern “KP.ru” saytının əməkdaşına alimin kitablarını göndərib. “Stiven dedi ki, burada sizi maraqlandıran hər şeyi tapa bilərsiniz”, - deyə Sem jurnalistə bildirib.
Məktəb illəri
“Sinifdə orta qiymətlər alan şagirdlərdən idim. Ancaq sinif yoldaşlarım məni Eynşteyn deyə çağırırdılar. Onlar yəqin ki, məndə istedad sezmişdilər. Mənim 12 yaşım tamam olanda sinif yoldaşlarımdan ikisi bir torba konfetdən mərc gəlmişdilər ki, mən həyatda özümə yer tapa biləcəm, ya yox. Deyə bilmərəm, bu qədər vaxt keçəndən sonra mərc xeyirə başa çatıb, ya yox”.
Ailəsi haqqında
“Traxeotomik əməliyyatdan sonra mən günboyu oturaq vəziyyətdə qalırdım. Bu vəziyyət həyat yoldaşım Ceynə ( İlk həyat yoldaşı-red.)əsəbi təsir edirdi. Sonda Kembricdəki yeni mənzilimə köçdüm”.
1995-ci ildə Hokinq oturaq həyat tərzi keçirən Elayn Meysonla ailə həyatı quraraq onunla 11 il bir yerdə yaşayır. Hokinqin hazırda üç övladı və bir nəvəsi var.
Elm haqqında
“Xatırlamadığım şəxslərdən biri vaxtı ilə belə bir söz demişdi: alimlər və fahişələr onların özlərinə həzz verildiyi üçün pul alırlar. Kainatın neçə yaranmasını elmi cəhətdən müəyyənləşdirmək olar. Mən öz ambisiyalarımı həyata keçirmək üçün kainatın necə yarandığını müəyyənləşdirə bilərəm. Ancaq mən hələ ki, kainatın nə səbəbə yaradıldığı haqda heç nə bilmirəm”.
Yadplanetlilər haqqında
“Onlar öz planetlərindəki təbii resursları tükəndirdikləri üçün nəhəng kosmik gəmilərdə yaşaya bilərlər. Bu cür yadplanetlilər əqli inkişafın ən yüksək mərhələsinə çatıblar və digər planetləri zəbt etməyə çalışırlar. Bizi soymaq istəmələri onlarla hər hansı əlaqəyə girməkdən çəkinmək üçün səbəblərdən biridir. Əgər yadplanetlilər bizim planetə gəlsələr bunu Kolumbun Amerikaya səfəri ilə müqayisə etmək olar. Hindular üçün Kolumbun Amerikaya gəlişi faciəvi nəticə ilə sonuclanmamışdı”.
Allah haqqında
Alimin fikrinə görə, müasir elmdə Yaradan üçün yer saxlanılmayıb. Alimlər bütün baş verənləri elmi cəhətdən izah edə bilərlər.
Gələcək haqqında
“5 milyard ildən sonra Günəşin nüvə ehtiyatı tükənəcək. Yer zülmətə qərq olacaq. Kompüter sənayesi sürətlə inkişaf edir bu isə bəşəriyyət üçün təhlükə mənbəyidir. Bizim intellektimizdən fərqli olaraq kompüterlərin yaddaşı hər 18 aydan bir yenilənir. Kompüterlərin intellektlərinin formalaşacağı və dünyanı ram edəcəkləri təhlükəsi realdır”
Fizikin tərcüməyi-halı
Hokinq 32 yaşında Kral cəmiyyətinə üzv seçilib. Bu yaşda çox az adam Kral cəmiyyətinə üzv ola bilmişdi. Yalnız İsaak Nyuton 29 yaşında Kral cəmiyyətinə üzv seçilmişdi. Stiven Hokinq hazırda İsaak Nyutonun 1669-cu ildən 1702-ci ilədək Kembric universitetində tutduğu vəzifəni tutur.
Hokinq “Simpsonlar” və “Futurama” cizgi filəmlərdə öz qəhrəmanının səsini canlandırıb. Hokinqin səsi Pink Floyd “Keep Talking” mahnısında da var.
Alimin xəstəlik tarixçəsi
1963-cü ildə Hokinqin 21 yaşı olarkən həkimlər alimə amiotrofik skleroz diaqnozu qoyublar. Bu xəstəlik sinir sistemini zədələyən müalicəsi olmayan xəstəliklərə tipinə aiddir. Xəstəlik onurğa beynindəki hərəkət mərkəzini sıradan çıxararaq əzələ qatının əriməsinə zəmin yaradır. Xəstəlik daha sonra hərəkət-müvazinət aparatını sıradan çıxararaq bir qrup əzələləri iflic edir.
Sonda isə xəstədə nitq qabiliyyəti pozulur və o, çətinliklə qidalanır. Həkimlər diaqnoz qoyulduqdan sonra Hokinqin maksimum iki il yaşayacaqlarını bildirmişdilər. Ancaq alim yaşayaraq xüsusi kompüter, nitq-sintezator vasitəsilə danışaraq fikirlərini ifadə edə bilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL