Poçt filialları e-poçt xidməti göstərir
“Azərpoçt”MMC tərəfindən poçt şöbələrinin xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni layihələr həyata keçirilir. Əhaliyə göstərilən xidmətlərin çeşidlərinin artırılması istiqamətində də addımlar atılır.
Bunlardan biri də e-poçt xidmətidir. Bu xidmətin həyata keçirilməsi ilə vətəndaşın bir ünvandan başqa ünvana göndərdiyi məktub daha operativ şəkildə çatdırılacaq.
Məsələn, bir rayondan digər rayona göndərilən hər hansı məktub bir poçt filialından digər poçt filialının e-poçtuna daxil olur və həmin poçtamt da məktubu operativ şəkildə ünvana çatdırır.
Bu xidmət hibrit poçtu xatırlatsa da, daha təkmil formada həyata keçirilməsi gözlənilir. Hazırda poçtamtlar tərəfindən istənilən yerə məktubların, məlumatların elektron formada göndərilməsində heç bir problem yoxdur. Bu sahədən kifayət qədər gəlir götürülməsi proqnozlaşdırılır.
Xatırladaq ki, Füzuli poçtamtı tərəfindən bir qədər əvvəl tətbiq edilən bu xidmət nəticəsində skayner vasitəsilə surəti köçürülüb qarşı tərəfə göndərilən məktubun hər vərəqinə görə 50 qəpik xidməthaqqı alınırdı.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL