waplog

“HTC” şirkətinin mənfəəti azalıb


“HTC” şirkəti keçən ilin IV rübü üzrə hesabat verib. Bu barədə “Röyters” agentliyi bildirib. Son 2 il ərzində ilk dəfə olaraq Tayvan korporasiyasının xalis mənfəəti azalıb. 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 25,5% azalıb.

“HTC” şirkətinin mədaxili 1 il ərzində 2,5% azalaraq 3,4 milyard dollar təşkil edib. Şirkət IV rübdə 10 milyon smartfon tədarük edib. Bu göstərici 2010-cu il ilə müqayisədə 3.2 milyon azdır. Ekspertlər “HTC” şirkətinin maliyyə göstəricilərinin getdikcə pisləşəcəyini proqnozlaşdırırlar.

Analitiklərin sözlərinə əsasən, korporasiya keçən il “Apple” və “Samsung” şirkətlərinin smartfonlarına rəqabət göstərə bilməyib. Mütəxəssislər Tayvan şirkətinə "ağıllı telefon"ların orta və büdcəyə müvafiq seqmentlərinə daha çox diqqət ayırmağı məsləhət görürlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL