waplog

Bütün poçt şöbələri KOMİS sisteminə qoşulub


Azərbaycanın bütün poçt şöbələrinin kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə(KOMİS) qoşulması baş tutub.

Bu barədə “ictnews”-a açıqlama verən Mərkəzi Bankın İdarə heyətinin sədr müavini Alim Quliyev bildirdi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) KOMİS sisteminə "Azərpoçt" poçt operatorunun şöbələrinin qoşulmasını təmin edib.

Bunun üçün infrastrukturun qurulduğunu bildirən sədr müavini bu günə qədər sistemə poçt operatorunun bütün filiallarının qoşulduğunu və hər bir məntəqədə ödəniş etməkdə heç bir problem olmadığını bildirdi.

Qeyd edək ki, KOMİS sisteminə 40-a yaxın Azərbaycan bankının maliyyə xidmətlərinin göstərilməsi üzrə 800-ə yaxın nöqtəsi qoşulub. Sistemə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlar - "Bakıelektrikşəbəkə", "Azəriqaz" İB, "Azərsu", "Azərenerji", "Sumqayıtelektrikşəbəkə" qoşulub.
Xatırladaq ki, KOMİS 2008-ci ildə Mərkəzi Bank tərəfindən “CheckFree i-Series” informasiya sisteminin bazasında yaradılıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL