waplog

“Nokia” şirkətinin rəhbəri dəyişir?!


“Nokia” şirkəti Risto Siilasmaana Direktorlar şurasının yeni sədri vəzifəsini təklif edir. Siilasmaa Finlandiyanın “F-Secure” antivirus şirkətinin banisi və rəhbəridir. Hazırda  bu top-menecer praktik olaraq, Finlandiyadan kənarda tanınmır, lakin fin mətbuatı iddia edir ki, məhz o, “Nokia” şirkətinin rəhbəri vəzifəsinə əsas iddiaçı sayılır.

Müstəqil ekspertlərin fikrinə əsasən, yeni şəxs “Nokia” şirkətinə vacib anda rəhbərlik  edə bilər. Bu dövrdə, “Nokia” şirkətinin gəlirləri arta və azala bilər.

Son bir neçə il ərzində “Nokia” şirkəti bazarda liderliyi əldən verib. Hal-hazırda “Nokia” şirkəti yüksək inkişaf sürətinə nail olmalıdır ki, “Apple” və “Google Android” tərəfdarlarına çata bilsin.

 Qeyd edək ki,  2010-cu ildə baş direktor vəzifəsinə gəlmiş Stiven Elop bir sıra addımlar atıb, həmçinin “Microsoft” korporasiyası ilə irimiqyaslı strateji əməkdaşlıq sazişi bağlayıb. Sazişin şərtlərinə görə “Nokia” şirkətinin smartfonlarına əsasən, “Windows Phone” əməliyyat sistemi quraşdırılır.

Hazırda  Risto Siilasmaa artıq “Nokia” şirkətinin Direktorlar şurasına daxildir və bir çox mütəxəssislər hələ 2010-cu ilin may ayından onu şirkətin rəhbəri vəzifəsində görürlər. Belə ki, məhz həmin vaxt Yorma Ollila ilk dəfə olaraq bu vəzifədən getmək istədiyini bildirib.

Lakin “Nokia” şirkətinin  vəziyyətinin mürəkkəb olması ilə əlaqədar ondan öz vəzifəsindən ən azı 1 il qalmağı xahiş ediblər.

“Nokia” şirkəti rəsmən Risto Siilasmaanın əsas vəzifəyə təyin olunması ehtimalını şərh etmir, lakin şirkətdəki mənbələr bildirir ki, məhz o, bu vəzifəyə ən ehtimal edilən namizəddir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL