waplog

“Azərbaycan Hava Yolları” QSC Elektron gömrük bəyannaməsinin tətbiqinə başlayıb


 "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Elektron gömrük bəyannaməsinin tətbiqinə başlayıb.
QSC-dən verilən məlumata görə, sərnişinlər Dövlət Gömrük Komitəsinin (www.customs.gov.az) saytında "e-Gömrük Xidmətləri" menyusunun "Fiziki şəxslər üçün gömrük bəyannaməsi" moduluna daxil olaraq, əvvəlcədən doldurulmuş və çap edilmiş sərnişin bəyannaməsini gömrük orqanına təqdim etməklə, gömrük postlarında vaxt itirmədən keçidi təmin etmiş olacaqlar.

Eyni zamanda, sərnişinlərin elektron bəyannaməsinin həyata keçirilməsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda da "informasiya köşkləri" yerləşdirilmişdir. Sərnişinlər onların vasitəsilə gömrük bəyannaməsini doldurub çap edə bilərlər. 
                                        

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL