waplog

Jestlərlə idarə olunan ultrabuk


Amerikanın Las-Veqas şəhərində keçirilən “Consumer Electronics Show” CES 2012” sərgisində “İntel” korporasiyası yeni nəsil ultrabuklarını təqdim edib.

Artıq kompyuterləri jestlər, həmçinin əlaqəsiz kartrider vasitəsi ilə idarə etmək mümkündür. “İntel” korporasiyasının proqnozuna əsasən, cari il bazara 75 ultrabuk modeli çıxarılacaq.

Həmçinin “CES 2012” sərgisində “İntel” korporasiyası bildirib ki, cari ilin aprel ayında ultrabuk formatının dəstəklənməsi üçün son 10 il ərzində ən böyük  reklam kampaniyasına başlayacaq. Analitiklər qeyd ediblər ki, şirkət  ultrabuk satışlarının artırılması hesabına fərdi kompyuterlərə tələbatın azalmasını tarazlamağa ümid edir.

“İntel PC Group” bölməsinin baş meneceri Muli İden bu gün “CES 2012” sərgisində təqdimat keçirib. O qeyd edib ki, şirkət ultrabukların qiymətini azaltmaq və onların ekran ölçülərini artırmaq üçün bir sıra partnyorlar ilə birgə çalışır.

“İlk ultrabuk modellərinin satışa çıxması anından keçən 4 ay ərzində bazara artıq kompyuter texnikasının aparıcı istehsalçıları (Acer, Asus, HP, Lenovo, LG, Samsung, Toshiba) tərəfindən bu sinfə məxsus xeyli qurğu çıxarılıb”-deyə  İden bildirib.

Cari ildə hələ təxminən 60 modelin istehsalı nəzərdə tutulub.Həmçinin Muli İden bildirib ki, hal-hazırda hazırlanan ikinci nəsil ultrabuklar daha güclü olacaq, foto və videoları daha tez emal edəcək.

Hazırda ultrabukların əksəriyyəti sensor ekranlarla təchiz edilirlər. Yaxın gələcəkdə isə yeni modellər  “Kinect”-ə oxşar jestlər kontrollerləri ilə təchiz ediləcək. Beləliklə, yalnız sensor vasitəsi ilə deyil, həm də məsafədən idarə etmə mümkün olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL