Dünyanın ən nazik smartfonu
“Huawei” şirkəti dünyada ən nazik smartfon hazırlayıb. Şirkətin hazırladığı smartfonun qalınlığı 6,68 millimetr təşkil edir. “The Unwired” xəbər verib ki, “Ascend P1 S” modeli 4,3 düymlü 960x540 piksel kəskinlikli “Super AMOLED” ekranı və “Gorilla Glass” şüşəsi ilə təchiz edilib. Proqram platforması kimi “Android 4.0” əməliyyat sistemi quraşdırılıb.
“Ascend P1 S” smartfonu 1,5 QHz takt tezlikli ikinüvəli “TI OMAP 4460” prosessoruna, “SGX 540” qrafikasına və 2 kameraya malikdir.
Smartfon 1800 mA/saat tutumlu akkumulyatorla, “Bluetooth 3.0” və “Wi-Fi” modulları, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş ilə təchiz edilib. “DLNA” texnologiyası dəstəklənir.
“Ascend P1 S” smartfonunun satışları II rübdə başlanacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL