100 dollar dəyərində uşaq planşeti
“OLPC” (One Laptop per Child) təşkilatı “CES 2012” sərgisində 100 dollar dəyərində olan “XO 3.0” planşetini təqdim edib. İnkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar üçün nəzərdə tutulmuş qurğunun hazırlanmasına təxminən 2 il vaxt sərf olunub. Lakin, “OLPC” təşkilatı planşetin satışa çıxarılma tarixi haqda hələ də məlumat vermir.
Planşet baza konfiqurasiyası kimi 8 düymlü 1024x768 piksel kəskinlikli maye kristal ekran, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş, 800 MHz takt tezliyində işləyən “Marvell Armada PXA618” prosessoru, “USB” və “miniUSB” birləşdiriciləri (konnektorları) ilə təchiz edilib.
Bundan əlavə, 1 QHz takt tezliyində işləyən çip, “PixelQi” ekranı, 1500 və ya 1800 mA/saat tutumlu akkumulyatorla daha bahalı modifikasiyalar da olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL