waplog

Smartfon istifadəçiləri nəyə daha çox maraq göstərir?


“Apple” şirkəti bazar ertəsi, yanvar ayının 9-da 2011-ci ildə “iPhone” smartfonu üçün ən çox yüklənən əlavələrin siyahısını elan edib.  

“Facebook” sosial şəbəkəsinin mobil versiyası əlaqə üçün ən populyar əlavə seçilib. Musiqi kateqoriyasında “Pandora” onlayn-radiosu daha tələbatlı, "Words with Friends" və "Angry Birds" isə smartfon sahiblərinin ən sevimli oyunları olub.

Şirkətin bəyanatında, həmçinin qeyd edilib ki, 2011-ci il bütövlükdə foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş əlavələr üçün uğurlu olub. Foto kateqoriyasında populyarlığa görə “İnstagram” əlavəsi birinci olub. “Camera Plus” video kateqoriyasında ən populyar əlavə olub.

“Calorie Counter & Diet Tracker” və “Nike+ GPS” əlavələri sağlam həyat tərzinə həsr edilmiş bütün əlavələr arasında daha tələbatlı olublar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL