“Asus” netbuk istehsalından imtina etmək niyyətində deyil
“Asus” şirkəti bu gün “EeePC Flare” netbukunun yeni versiyasını təqdim edib. “Asus” şirkətinin nümayəndələrinin sözlərinə əsasən, planşetlərin populyarlığına baxmayaraq, şirkət netbuk istehsalından imtina etməyi planlaşdırmır.
Şirkətin bildirdiyinə görə, yeni “EeePC” netbuku 10 düymlü 1024x600 piksel kəskinlikli ekran, 1 Qb əməli yaddaş, “802.11n” şəbəkə ötürücü aparatı, 100 Mbit “Ethernet” portu və “USB 2.0” portu ilə təchiz olunub. Əməliyyat sistemi kimi “Windows 7 Strater” quraşdırılıb.
Elan edilmiş “Flares 1025c” və “1025ce” modelləri “Atom N2600” (1,6 QHz) və 1.86 takt tezlikli “N2800” prosessorları əsasında işləyirlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL