İki nəhəng İT şirkəti birgə mikroçip istehsal edəcək
“İBM” və “GlobalFoundries” şirkətləri bu gün yeni nəsil kompyuter çiplərinin birgə istehsalı haqqında saziş imzalayıblar. Sazişin şərtlərinə əsasən, “GlobalFoundries” şirkəti istehsal üçün öz “Fab 8” zavodundan istifadə edəcək.
“İBM” korporasiyası çiplərin test nümunələrini artıq bu yaxınlarda “İst-Fişkil”də yerləşən şəxsi zavodunda istehsal etməyə başlayıb.
Yeni birgə çiplər 32 nanometrlik “Silicon-On-İnsulator” texnologiyasına əsaslanacaq. Hal-hazırda şirkətlər bildirirlər ki, yeni texnologiyalar gələcəkdə daha çox hesablama nüvəsi və daha yüksək məhsuldarlığa malik prosessorlar istehsal etməyə imkan yaradacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL