waplog

Gənclər informasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnirlər


Azərbaycan  Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində ötən ilin oktyabrından fəaliyyət göstərən “İnformasiya texnologiyaları evi”ndə gənclərin kompyuter biliklərinin artırılması məqsədi ilə təlimlər keçirilir.

ATGTİ-nin mətbuat katibliyindən verilən məlumata görə, təlimlərdə iştirak edən tələbələrə informasiya texnologiyaları, kompyuterlər haqqında ümumi məlumat verilir, eləcə də Word, Excel proqramlarında, internetdə əməliyyatların aparılması öyrədilir.   Təlim məşğələləri 6 qrup üçün keçilir. Hər qrup həftədə iki dəfə təlimdə iştirak edir.

Son təlimlərdə isə tələbələr sosial şəbəkələrdən istifadə və təhlükəsizliyin qorunması ilə bağlı məlumat alacaqlar.Yanvarın sonunadək davam edəcək təlimlərin yekununda fərqlənənlərə diplom və sertifikatlar veriləcək.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL