waplog

İnternetin sürəti fantastik həddə çatdırıla bilər


İki müstəqil istehsalçılar qrupu yeni texnologiya təqdim ediblər. Onun sayəsində verilənləri bir optik kabel üzrə saniyədə 100 terabit sürətlə ötürmək mümkündür. Lakin hər iki istehsalçı qrup vurğulayır ki, onların texnologiyaları hələlik eksperimentaldır və üzərində işlər aparmaq lazımdır.

“Telegeography Research” şirkətinin nümayəndəsi Tim Stronqun sözlərinə əsasən, bugünkü gündə istifadə edilən ən sürətli magistral əlaqə kanalları saniyədə yalnız bir neçə terabit ötürmə sürətinə malikdirlər. Lakin şirkətin hesablamalarına əsasən, hər il ötürülən informasiyanın tutumu təxminən 50% artır.

Bugünkü optik kabellərdə ötürmə sürətinin genişləndirilməsi üçün bir neçə  metoddan istifadə edilir. Radio dalğa kimi, optik spektri də hissələrə bölmək və müxtəlif kanallar üzrə müxtəlif tezliklə eyni zamanda ötürmək olar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL