Tələbələrinin bilikləri kompyuterlə yoxlanılır
Azərbaycan Tibb Universitetində (ATU) 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin test imtahanları kompyuter vasitəsilə aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunun üçün universitetin 5 nömrəli tədris binasında 2 imtahan zalı güclü proqram təminatı olan 210 ədəd kompyuterlə təmin edilib.
İmtahanlar 5 növbədə aparılır. Gün ərzində 1050 tələbə ayrı-ayrı fənlər üzrə imtahan verə bilir. Ümumilikdə isə 2 min 774 tələbə orta hesabla 8 fəndən kompyuter test imtahanından keçəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL