waplog

Daha nazik korpusa malik smartfon və planşet yaratmaq mümkün olacaq


"Corning" şirkəti "CES 2012" sərgisində ikinci nəsil "Gorilla Glass" şüşəsinin üstünlükləri haqqında danışıb və üstünlüyünü təcrübədə əyani göstərib. İstehsalçıların sözlərinə əsasən, "Gorilla Glass 2" şüşəsi sələfindən 20% daha nazik və daha yüngüldür. Bu isə öz növbəsində daha nazik korpusa malik smartfon və planşet yaratmağa imkan verəcək.

Təcrübə zamanı jurnalistlərə müxtəlif şüşə nümunəsi verilib. Adi şüşə 21 kq təzyiqə sınır, "Gorilla Glass 2" qoruyucu şüşəsi isə 50 kq-dan çox təzyiqə  dözür. Yeniliyin istehsalı ilin birinci yarısında başlanmalıdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL