Las-Veqasda (Nevada, ABŞ) keçirilən “CES 2012” sərgisində “Samsung” və “LG” şirkətləri 55 düym diaqonala malik “OLED” əsasında olan televizorlar təqdim ediblər.
Bu panellərin dünyada ən böyük olduqları iddia edilir. Maye kristal ekranlar ilə müqayisədə onlar əhəmiyyətli dərəcədə aşağı enerji istehlakına və təkmilləşdirilmiş rəng ötürülməsinə malikdirlər.
Yeni “OLED” t
elevizorların qalınlığı kiçikdir; “LG” panelinin qalınlığı cəmi 4 mm təşkil edir; çəkisi təxminən 7.5 kq-dır.
“Samsung” televizoru daxili kamera və mikrofonlarla təchiz edilib. Bunun sayəsində jest və səs əmrlərinə reaksiya verə bilir. İnternet-xidmətlərlə və veb-əlavələrlə işlər dəstəklənir.
55 düymlü diaqonala malik “OLED” panellərin satışları ilin sonuna kimi başlanacaq. Qiyməti bildirilməyib.