waplog

“İntel”dən yeni smartfon və planşet


“İntel” korporasiyası mobil bazara çıxış üçün cəhdlərə təşəbbüs etməyə davam edir. Bu gün “Consumer Electronics Show (CES) 2012” sərgisi çərçivəsində ənənəvi “ARM” çipləri əsasında deyil, “İntel”in “x86” arxitekturalı çipləri ilə işləyən yeni smartfonlar təqdim edilib.

“İntel”in “CES 2012” təqdimatı çərçivəsində “Lenovo Mobile İnternet Division”-un prezidenti Lyu Cun “İntel Atom Medfield” platforması əsasında hazırlanmış “Lenovo K800” smartfonunu təqdim edib. Yenilik böyük 4,5 düymlü ekrana malikdir, “HSPA+” verilənlərin ötürülməsi texnologiyasını dəstəkləyir və “Android 4.0” əməliyyat sistemi ilə işləyir.

Bundan əlavə, “Lenovo” şirkəti “Android 4.0” əməliyyat sistemi və “Atom Medfield” çipi ilə işləyən 10 düymlü “İdeaPad K210” planşetini təqdim edib.

“İntel” korporasiyasının baş direktoru Pol Otellininin sözlərinə əsasən, 1.6 QHz takt tezlikli birnüvəli “Medfield” çipi müasir smartfon və planşetlərin əksəriyyətində işləyən “ARM” mobil prosessorları ilə müqayisədə daha yüksək məhsuldarlıq təklif edir.

Həmçinin, Pol Otellini təqdimatda bildirib ki, şirkət 2013-cü ildə 22 nanometr texnoloji proses üzrə hazırlanan çipləri, 2014-cü ildə isə aşağı istehlaka və daha kiçik fiziki ölçülərə malik 14 nanometrlik çipləri təqdim edəcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL