waplog

Nəqliyyatın intellektual sistemi ilin ortalarından tam gücü ilə fəaliyyətini davam etdirəcək


Nəqliyyatın intellektual sisteminin işində heç bir problem yoxdur və sistem bu ilin ortalarına qədər tam gücü ilə fəaliyyət göstərəcək. Bu barədə açıqlamanı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov verib.

"Sistem yenidir, təkmilləşdirmə işləri aparılır və ilin ortalarında o, tam gücü ilə fəaliyyətini davam etdirəcək" , - Həsənov qeyd edib.

"Birinci mərhələdə nəzərdə tutulan bütün işlər həyata keçirilib. Növbəti mərhələlərdə isə mərkəzdən kənar ərazi və regionlarda müvafiq tədbirlər görüləcək.

Bu mərhələlər geridə qaldıqdan sonra sistem Bakı mərkəz olmaqla bir nöqtədən idarə olunacaq". Qeyd edək ki, dəyəri 95 milyon dollardan artıq olan nəqliyyatın intellektual idarəetmə sistemi ötən ilin dekabrında işə salınıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL