2011-ci ildə 1,8 zettabayt rəqəmli informasiya istehsal ediləcək
İDC və EMC şirkətlərinin birgə tədqiqat məlumatlarına əsasən, 2011-ci ildə bütün dünya üzrə 1,8 zettabaytdan çox informasiya istehsal ediləcək və saxlanılacaq. 1,8 zettabayt – bu, 1,8 trilyon qiqabayt məlumat deməkdir. Şirkətlər alınmış nəhəng informasiya massivini "rəqəmli kainat" adlandırırlar və onların məlumatlarına görə, 2011-ci ildə bu massiv bütün əsas istiqamətlər – biznes məlumatları, multimedialar, istifadəçi məlumatları və başqa informasiyalar üzrə artacaq. Şirkətlərin hesabatında bildirilib ki, müasir cəmiyyət ildən-ilə daha çox informasiya istehsal edir. "Növbəti ongünlük ərzində bütün dünya üzrə işləyən serverlərin sayı 10 dəfə artacaq.
Dünya üzrə məlumat mərkəzlərində yerləşdirilən idarə olunan informasiyanın həcmi 50 dəfə, server və kompyuterlərdə fərdi faylların miqdarı ən azı 75 dəfə də artacaq. Bu informasiya axınlarını idarə edən İT-peşəkarların sayı isə yalnız 1,5 dəfə artacaq" – İDC ekspertləri bu qənaətdədir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL