waplog

2015-ci ilədək dünyada təxminən 5 milyard mobil genişzolaqlı şəbəkə istifadəçisi olacaq


İsveçin “Ericsson” şirkətinin baş direktoru Hans Vestberq şirkətin tarixində ilk dəfə olaraq “CES 2012” sərgisində məruzə ilə çıxış edib.

O, öz çıxışında qeyd edib ki, “Ericsson” şirkətinin proqnozuna əsasən, 2015-ci ilədək dünyada təxminən 5 milyard mobil genişzolaqlı şəbəkə istifadəçisi olacaq.

“LTE” şəbəkələrin inkişafı  bunun həyata keçməsində əhəmiyyətli rol oynayacaq. “Ericsson” şirkəti onun hazırlamasına fəal sərmayə qoyur. Həmçinin, o qeyd edib ki, hal-hazırda dünyada təxminən 6 milyard mobil abunəçi var, lakin onlar yalnız 1 milyardı mobil genişzolaqlı şəbəkədə işləmək imkanına malikdirlər.

"Biz 2015-ci ilədək internetin mobil abunəçilərinin sayının 5 qat artımını proqnozlaşdırırıq" - Vestberq bildirib.İsveç şirkətinin rəhbəri öz müraciətində, həmçinin yaxın illərdə fəal inkişaf edəcək iki trend haqqında da bildirib.

Bu, smartfon və planşetlərin səsli idarəedilməsi, həmçinin müasir avtomobil və ev qurğularının internetə çıxış imkanının olmasıdır. Vestberq bildirib ki, “Ericsson” şirkəti artıq hal-hazırda “BMW”, “Volkswagon” və “Ford” şirkətləri üçün “LTE” çiplər yaradır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL