waplog

Televizorda nümayiş olunan hadisələrə müdaxilə etmək olacaq


Əgər əvvəllər televizora baxan zaman oradakı personajlardan biri olmaq istəyi xəyal idisə, artıq bu mümkündür.

Los-Ancelesin "Art Center College of Desinge"-da oxuyan Ceyne Vidhicaren «bitirmə surəti» adlanan maraqlı bir proyektə imza atıb.

Əlinizi, önündə monitor olan bir qutuya saldığınız zaman əliniz monitorda göstərilən olayın bir parçası halına gəlir. Hətta monitorda canlanan personajlarla əlaqə qurur. Bu proyekt tam olaraq virtual gerçəklik deyil, amma ona paralel olan bir texnologiya hesab edilir.

Bu aparatın işləmə mexanizmi də çox sadədir. Monitor, yaşıl pərdə və veb-kamera və bunlara lazım olan digər xırda cihazlar.

Əlinizi qutunun içinə saldığınız zaman veb-kamera əlinizi tanıyır və aradakı yaşıl pərdəyə də istədiyiniz görüntünü ata bilirsiniz.

Ceynenin layihəsindən eyni anda hətta iki nəfər istifadə edə bilir. Bu layihə hazırda təcrübədən keçirildiyi üçün satışa çıxarılmayıb.

Lakin hesab olunur ki, insanın öz əli ilə ekranda baş verənlərə müdaxilə edə bilməsi olduqca əyləncəli görünür. Ona görə də bu texnikadan daha çox oyuncaqlarda istifadə edilməsinin böyük uğur gətirəcəyi ehtimal olunur.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL