waplog

UNESCO-nun baş direktoru İrina Bokova : “İKT təhsil sisteminə inteqrasiya olunmalıdır”


“XXI yüzilliyin əmək bazarında rəqabətə davam gətirəcək kadrların yetişdirilməsi üçün müəllimlər informasiya texnologiyaları sahəsində yüksək bilik və bacarıqlarla “silahlanmalıdırlar” - bunu Londonda keçirilən Təhsil üzrə Dünya Forumunda UNESCO-nun baş direktoru İrina Bokova bəyan edib.

Tədbirdə çıxış edən İ.Bokova İKT-nin təhsildə mühüm rolunu xüsusi vurğulayıb: “Yeni informasiya-kommunikasiya texnologiyaları (İKT) təhsilin hərəkətverici qüvvəsi ola bilər, lakin bunun üçün İKT təhsil sisteminə inteqrasiya olunmalıdır”.

İ.Bokova “Təhsil hamı üçün” qlobal proqramın əhəmiyyətindən danışaraq bildirmişdi ki, təhsil sahəsində qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə, bu sahənin keyfiyyətinin yaxşılaşdırılmasına müasir texnologiyaların geniş tətbiqi və müəllimlərin kompitensiyalarının artırılması yolu ilə nail olmaq lazımdır.

“Tədqiqatlar göstərir ki, təhsildə İKT-dən istifadə ilə uğurların əldə edilməsi bir çox hallarda müəllimlərin bu texnologiyaları tədris prosesinə inteqrasiya etməsindən asılıdır”.

Üç gün davam edən və bu gün işini başa çatdıracaq forumda dünyanın müxtəlif ölkələrindən 60-a yaxın təhsil naziri iştirak edir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL