Alimlər tarakanlardan batareya yaradıblar
Keyza (ABŞ, Ohayo ştatı) Universitetinin alimləri ilk kiberhəşəratların yaradılmasında irəliyə doğru böyük addım atıblar.
Onlar aşkar ediblər ki, həşəratların maddələr mübadiləsində iştirak edən maddələr elektrik enerjisinə çevrilmək üçün istifadə oluna bilərlər. Beləliklə, bu maddələr əsasında qidalanmanın yanacaq elementlərini yaratmaq olar.
Gələcəkdə bu üsulla əldə edilmiş elektriki həşəratları idarə etməyə imkan verən müxtəlif datçiklərin, yazan qurğuların və ya modulların qidalanması üçün istifadə etmək mümkün olacaq.
Tədqiqatçılar komandası ilk nümunənin yaradılması zamanı elektrodları dişi tarakanın qarın nahiyəsində, həyati əhəmiyyətli daxili orqanlardan nisbətən uzaq məsafədə yerləşdiriblər.
Məlum olub ki, bu sistem 0.2 volt gərginliyində kvadrat santimetrə 100 mikrovatt enerji yaradır. Belə alınır ki, standart 60 vatlıq közərmə lampasının qidalanması üçün 600 min tarakan lazım olardı.
Artıq alimlər belə batareyalardan qidalana bilən ilk qurğuları hazırlayırlar. İlk qurğulardan biri aşağı güclü siqnalların ötürücü aparatı olacaq. Bundan əlavə, alimlər batareyanın konstruksiyasını təkmilləşdirirlər: yanacaq elementinin ölçülərini azaltmağa çalışırlar ki, həşəratla rahat qaça və ya uça bilsinlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL