“İBM” korporasiyası güclü patent müdafiəsinə malikdir
Amerikanın texnologiya nəhəngi "İBM" korporasiyası qeydiyyatdan keçirdiyi intellektual mülkiyyətin sayına görə liderlik etməyə davam edir.
Belə ki, korporasiya 2011-ci ildə 6180 patent əldə edərək yenidən öz liderliyini təsdiq edib. "İBM" korporasiyası bu göstərici üzrə liderliyi 19 ildir ki əldən vermir,- "eWeek" internet nəşri bildirib.
"İBM"-in patent portfelinə bir çox hazırlamalara (kompyuter yaddaş qurğularından onlayn mağazalara qədər) aid sənədlər daxildir. Belə patent arsenalı sayəsində korporasiya məhkəmələrdə az vaxt keçirir, -"İBM"-in nümayəndəsi bildirib.
"İBM" Asiya kolleqalarını böyük fərqlə qabaqlayıb. Ən yaxın təqibçisi olan "Samsung" şirkətinin aktivində 2011-ci ildə qeydiyyat edilmiş 4894 patent var. Sonrakı yerləri "Canon" (2821), "Panasonic" (2559) və "Toshiba" (2483) şirkətləri tuturlar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL